Dərc edildi: Baxış sayı: 550
Bayden də Trampa İranla bağlı çağırış etdi
Koronavirusla mübarizə aparan İrana tətbiq edilən sanksiyalar yumşaldılmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd, keçmiş vitse-prezident Co Bayden deyib.
“Qlobal kriz zamanında təhlükədə olan və yardıma ehtiyac duyanlara dəstək mövzusunda ABŞ hər zaman başda olub. Biz buyuq və hər zaman belə də olduq. Sərhəd tanımayan bu ölümcül virusa qarşı ABŞ İran da daxil olmaqla, çətin vəziyyətdə olan ölkələrə nə cür yardım edəcəyini düşünməli və addımlar atmalıdır”, - deyə Bayden bildirib.
Qeyd edək ki, ötən gün ABŞ-ın tanınmış siyasi xadimləri analoji çağırışla Trampa müraciət etmişdilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət