Slimfit
  1. DÜNYA

Bayden ABŞ-də uşaq ölümlərinin bir nömrəli səbəbini açıqladı

Bayden ABŞ-də uşaq ölümlərinin bir nömrəli səbəbini açıqladı
Sakura

Bayden ABŞ-də uşaq ölümlərinin bir nömrəli səbəbini açıqladı

“ABŞ-də uşaq ölümlərinin bir nömrəli səbəbi silahlardır”.

Bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

Bayden keçən il Texas ştatının Uvalde qəsəbəsindəki ibtidai məktəbdə 19 şagird və 2 müəllimin ölümü ilə nəticələnən atışmanın ildönümündə Ağ Evdə çıxış edib.

ABŞ prezidenti həyat yoldaşı Cill Baydenlə birlikdə silahlı hücumda həyatını itirənlərin xatirəsinə yandırılan 21 şamın qarşısında terror qurbanlarını yad edib. Bayden silahlanma ilə bağlı atılan addımların yetərli olmadığına diqqət çəkib.

O, “AR-15” tipli uzun lüləli tüfənglərin və yarımavtomatik silahların qadağan edilməsinin zəruriliyini vurğulayıb. “Çünki günümüzdə silahlar ABŞ-də uşaq ölümlərinin bir nömrəli səbəbi qalmaqda davam edir”, - deyə Bayden qeyd edib.

Baydenin sözlərinə görə, konqres silah əldə edilməsi ilə bağlı sağlam qanunlar qəbul etməyənə qədər bu hücumlar bitməyəcək. “Demokratlar və Respublikaçılar kimi deyil, dostlar, qonşular, valideynlər və eyni taleyi yaşayan amerikalılar kimi hərəkətə keçmək, səsimizi eşitdirmək zamanıdır”, - deyə o əlavə edib.

Bayden Uvaldedəki hücumdan sonra ölkə daxilində 650-dən çox kütləvi atışma hadisəsinin baş verdiyini də nəzərə çatdırıb.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR