Slimfit
  1. CƏMİYYƏT

Baxımsız vəziyyətdə olan tarixi abidələrlə bağlı açıqlama

Baxımsız vəziyyətdə olan tarixi abidələrlə bağlı açıqlama
Sakura

Baxımsız vəziyyətdə olan tarixi abidələrlə bağlı açıqlama

Zaqatalada yerləşən tarixi abidələr dağılmış vəziyyətdədir. IV-V əsrə aid Alban məbədi və XIX əsrə aid Zaqatala qalası baxımsız vəziyyətdədir.Məsələ ilə bağlı Bizimyol.info-nun sorğusuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişadı və Bərpası üzrə Dövlət Xidmətindən cavab verilib.“Zaqatala Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində Zaqatala Dövlət Rəsm Qalereyası, Mədəniyyət evi və digər mədəniyyət müəssisələri fəaliyyət göstərir. Qoruğun 11 hektarlıq ərazisində 25 tarix-memarlıq abidəsi mövcuddur. Həmin abidələrin təmizliyinə, qorunmasına həssaslıqla yanaşılır və daim diqqətdə saxlanılır”,-deyə Dövlət Xidmətindən bildirilib.Qeyd edilib ki, hazırda qoruq ərazisində heç bir tikinti işi aparılmır. Bununla bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir.“Dövlət qeydiyyatına götürülmüş hər hansı tarix-mədəniyyət abidəsində təmir, bərpa və konservasiya işlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarının tələbləri əsasında təşkil olunur”,-deyə Dövlət Xidmətindən bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR