Slimfit
  1. İDMAN

"Bavariya" UEFA Super Kubokunu qazandı

"Bavariya" UEFA Super Kubokunu qazandı
Sakura

"Bavariya" UEFA Super Kubokunu qazandı

UEFA Super Kubokunun yeni sahibi müəyyənləşib.

"Report"un məlumatına görə, sayca 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünün qalibi Almaniya "Bavariya"sı ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı üz-üzə gəlib.

Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçirilmiş görüşdə "Bavariya" əlavə vaxtda qələbə qazanıb - 2:1. İngiltərəli referi Entoni Teylorun idarə etdiyi görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 13-cü dəqiqədə "Sevilya"nın futbolçusu Lukas Okampos penalti ilə açıb. 34-cü dəqiqədə Leon Qoretska bərabərlik qolunu vurub. Əlavə vaxtda "Bavariya" qələbə topuna imza atıb. 104-cü dəqiqədə vurulmuş qolun müəllifi Xavi Martines olub.  

Pandemiya dövründə ilk dəfə avrokubok matçı azarkeşlərin iştirakı ilə keçirilib. 

"Bavariya" tarixində ikinci dəfə UEFA Super Kubokuna yiyələnib. Münhen komandası ilk dəfə bu titula 2013-cü ildə yiyələnib. Superkuboka cəmi bir dəfə yiyələnmiş "Sevilya" isə beşinci dəfə həlledici görüşdə uduzub.  

Ümumiyyətlə, Superkuboku indiyədək ən çox İtaliya "Milan"ı və İspaniya "Barselona"sı qazanıb - hərəyə 5 dəfə. Kataloniyalılar 4, "qırmızı-qaralar" isə 2 dəfə həlledici oyunda uduzublar.

Titul uğrunda ötən 11 matçın 9-da İspaniya klubları ("Barselona" 5 dəfə, "Atletiko" və "Real Madrid" 3 dəfə) qələbəni bayram ediblər. Superkuboku ən çox qazanan da Pireney təmsilçiləridir. İspaniyalılar 27 oyunun 15-də qalib gəlməyi bacarıblar. İtaliya klubları isə 9 dəfə Superkuboka sahib çıxıblar.

Titulu ümumilikdə 12 ölkədən 24 fərqli komanda qazanıb.

UEFA Super Kuboku

24 sentyabr

23:00. "Bavariya" (Almaniya) - "Sevilya" (İspaniya) - 2:1 (ƏLAVƏ VAXT - 1:0)

Qollar: Leon Qoretska, 34. Xavi Martines, 104 - Lukas Okampos, 13 (pen.)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Budapeşt. "Ferents Puşkaş" stadionu

Qeyd edək ki, UEFA Super Kubokunun ötənilki qalibi İngiltərənin "Liverpul" klubu olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR