Dərc edildi: Baxış sayı: 536
'Bavariya' qapıçısı ilə müqavilənin müddətini uzatdı - RƏSMİ
Almaniyanın "Bavariya" klubu qapıçısı Manuel Noyerlə müqavilə müddətini uzadıb.
"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı qolkiperin yeni sözləşməsi 2023-cü ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən "Bavariya"nın şərəfini qoruyur. Almaniyalı qapıçı cari mövsüm 38 oyun keçirib və eyni sayda qol buraxıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət