Slimfit
  1. COĞRAFİYA

Batumidə "Lujkovun Evi" sökülür

Batumidə "Lujkovun Evi" sökülür
Sakura

Batumidə "Lujkovun Evi" sökülür

Gürcüstanın “Alyans siti” şirkəti Batumi şəhərinin Qara dəniz sahilində, Moskvanın keçmiş meri Yuri Lujkovun adına olan “Lujkovin Evi” otel kompleksini sökməyə başlayıb.

Azərtac xəbər verir ki, Batumi meriyası şirkətə “Lujkovun Evi” otelinin sökülməsinə və yerində yeni kompleksin tikintisinə icazə verib.

Yeni bina Batuminin əsas baş planında da əksini tapıb.

Məlumat üçün qeyd edək ki, “Lujkovun Evi” kompleksinin tikintisinə 2000-ci ildə, Acarıstan MR hökumətinin başçısı Aslan Abaşidzenin hakimiyyəti dövründə başlanılıb. Tikinti işlərini Rusiyanın ən varlı qadınlarından biri, Y.Lujkovun həyat yoldaşı Elena Baturinaya məxsus şirkət həyata keçirib.

 

Aslan Abaşidze Rusiyaya qaçdıqdan sonra tikinti işləri dayanıb və 18 min kvadratmetlik ərazi gürcü biznesmenlər – David və Qele Bejunaşvili qardaşlarına satılıb. İki ay əvvəl isə ərazi 26 milyon dollara yenidən satılıb.

Ərazidə 50 mərtəbəli 3 göydələnin, 450 dayanacaqlı avtomobil parkının, ayrı-ayrı qonaq evlərinin və ofislərin tikintisi planlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR