Slimfit
  1. DÜNYA

Batumidə güclü külək fəsadlar törədib

Batumidə güclü külək fəsadlar törədib
Sakura

Batumidə güclü külək fəsadlar törədib

Şəhərdə güclü külək, dəniz kənarında isə beş ballıq fırtına qeydə alınıb.

Oxu.Az-ın “Sputnik Georgia”ya istinadən məlumatına görə, şəhər meriyasının mətbuat xidmətindən bildirilib ki, güclü külək dənizkənarı şəhər olan Batumidə (Acariya) bir neçə yaşayış binasının damını uçurub.

Külək ictimai nəqliyyat dayanacaqlarına, yol nişanlarına və reklam bannerlərinə zərər vurub. Dəniz kənarında fırtınanın gücü isə 5 bala çatıb.

Batumidə beşmərtəbəli binanın damının uçması təhlükəsindən Şavşeti küçəsi bağlanıb. Həmin ərazi polis nəzarəti altındadır. Həmçinin, Puşkin küçəsində də külək çoxmərtəbəli binanın pəncərələrini sındırıb.

Xaxuli küçəsində iki nəfər həyət evinin damından yıxılıb. Onlar yüngül xəsarət alıblar və təcili yardım briqadası onları klinikaya çatdırıb.

Pis hava şəraiti Dmanisi (Kvemo Kartli bölgəsi) şəhərində də problemlər yaradıb, güclü külək evlərin damını uçurub.

Hazırda yerli orqanlar güclü küləyin vurduğu zərəri müəyyənləşdirirlər. Zədələnmiş evlərin təmiri ilə yerli rayon rəhbərlikləri məşğul olacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR