Dərc edildi: Baxış sayı: 533
:0
Batumi İrəvana satılır? – Tiflisdən cavab
Gürcüstan İqtisadiyyat Nazirliyi Batumi limanının Ermənistana satılması barədə informasiyanı təkzib edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı nazirliyin mətbuat xidməti yayıb.
“Ermənistan KİV-lərinin yaydığı məlumat həqiqəti əks etdirmir. Batumi limanı 49 il müddətinə “Batumi neftterminal” şirkətinin idarəçiliyinə verilib”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, bundan öncə Batumi limanının Ermənistana satılacağı ilə bağlı informasiya yayılmışdı. Məlumatda limanın 600 milyon dollara satışa çıxarıldığı bildirilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət