Slimfit
  1. AZƏRBAYCAN

Başqasının yerinə imtahan vermək istəyənlərin işi araşdırılır

Başqasının yerinə imtahan vermək istəyənlərin işi araşdırılır
Sakura

Başqasının yerinə imtahan vermək istəyənlərin işi araşdırılır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən gün I və IV ixtisas qrupları üzrə başqasının yerinə imtahan vermək istəyən 3 nəfərin işi araşdırılır. 

Bu barədə Azvision.az -a DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib. Onun sözlərinə görə, fakt araşdırıldıqdan sonra məsələyə qiymət vermək mümkün olacaq.
“İlk növbədə məsələ araşdırılacaq və toplanan materiallar lazım olduqda hüquq-mühafizə orqanlarına veriləcək. Ötən il belə fakt qeydə alınmışdı. Bu il cinayət işi açıldı və iş məhkəməyə göndərildi”. 

Qeyd edək ki, ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahan keçirilib. Başqasının yerinə imtahan vermək cəhdi ilə əlaqədar 3 fakt qeydə alınıb. Həmin şəxslər üz tanıma cihazı vasitəsilə aşkar edilərək imtahana buraxılmayıblar. 

Bundan başqa, 2 abituriyent imtahan zalında telefondan istifadə etməyə çalışıb. Onlar dərhal imtahandan xaric ediliblər. Həmçinin cavab vərəqlərini imtahan binasından çıxardığına görə 4 abituriyentin nəticələri ləğv edilib. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR