Dərc edildi: Baxış sayı: 610
Başı nərdivana səxışan adam 5 gün sonra xilas edilib
Fransanın şərqində yerləşən Epinal qəsəbəsində hamamında təmir işləri görərkən başı nərdivana sıxışan bir adam 5 gün sonra xilas edilib
Metbuat.az xarici mediaya istinadla bildirir ki, adı açıqlanamayan 60 yaşlarında adamın başı nərdivanın pilləsinə sıxışıb.
Beş gün boyunca şüurunu itirməyən adamı Cümə günü onu ziyarətə gələn bacısı tapıb.
Başı şişən adam xəstəxanaya yerləşdirilib. Müalicə olunan adamın 5 gün boyunca başına gedən qan miqdarının azaldığı və bədəninin yüksək miqdarda maye itirdiyi bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət