Slimfit
  1. AZƏRBAYCAN

Başgicəlləndirən gözəllik – Haqqında əfsanələr dolaşan Haçaqaya

Başgicəlləndirən gözəllik – Haqqında əfsanələr dolaşan Haçaqaya
Sakura

Başgicəlləndirən gözəllik – Haqqında əfsanələr dolaşan Haçaqaya

Gədəbəy və Tovuz rayonları arasında, dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Haçaqaya ziyarətgahı haqqında əfsanələr dolaşır. Onun başgicəlləndirən gözəlliyini Sputnik Azərbaycan-ın videosunda izləyin.

Əsrarəngiz mənzərə, təmiz hava və inanclar... Haçaqayanın gözəlliyi, onun zirvəsindən açılan mənzərə haqqında çox yazmaq olar. Amma oranı bircə dəfə gözlə görmək bütün sözlərin üstündən xətt çəkməyə qadirdir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri də bu gözəlliyi məhz öz gözləri ilə görmək və gördüklərini lentə almaq qərarına gəlib. İnzibati olaraq Tovuz rayonu ərazisinə düşən Haçaqaya dağına Gədəbəy ərazisindən getmək daha rahatdır.

Bu 3 böyük qaya 100 illərdir öz görkəmiylə insanlarda maraq yaradır, buna görə də haqqında onlarca rəvayət mövcuddur. Bir rəvayətə görə, Haçaqaya Hz. Əlinin qılıncı dağa çırpmasıyla əmələ gəlib. Məhz buna görə dağ ziyarətgaha çevrilib və buraya qurban kəsmək üçün gələnlərin sayı çoxdur.

Daha çox may ayından sentyabra qədər getmək məsləhət görülür, belə ki, artıq oktyabr ayından başlayaraq qar örtüyünə bürünən Haçaqayaya aparan yollar qış aylarında olduqca qəlizləşir.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR