Dərc edildi: Baxış sayı: 519
Başçının 1-ci müavini də istefa verdi
Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov vəzifəsindən azad olunub.
Bu barədə Axar.az-a İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, icra başçısının 1-ci müavini Rasim Novruzov səhhəti ilə bağlı vəzifəsindən azad olunması xahişi ilə müraciət edib və onun ərizəsi qəbul edilib.
O, həmçinin, rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.
Hazırda onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, bir müddət əvvəl icra başçısının digər müavini İqbal Mikayılov da istefa verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət