Dərc edildi: Baxış sayı: 524
“Başakşəhər” Avroliqa ilə vidalaşdı, “Şaxtyor”dan möhtəşəm oyun
Pandemiya ilə əlaqədar bu ilin martından yarımçıq dayandırılan avrokuboklar bərpa olunub.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, Avropa Liqasında ilk qarşılaşma “Kopenhagen” və “Başakşəhər” klubları arasında olub.
Türkiyədə baş tutan ilk qarşılaşmada qollu heç-heçəyə razılaşan tərəflərin növbəti oyunu Danimarkada keçirilib.
Bu qarşılaşmada meydan sahibi olan “Kopenhagen” 3:0 hesablı qələbəyə sevinib. Bununla da “Başakşəhər” Avroliqa ilə vidalaşıb.
İkinci qarşılaşma Donetsk “Şaxtyor”u ilə “Volfsburq” arasında baş tutub. İlk qarşılaşmada olduğu kimi (2:1) bu oyunda da “Şaxtyor” qələbəyə sevinib. Ukrayna təmsilçisi “Volfsburq”un qapısından üç cavabsız top keçirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət