Slimfit
  1. SİYASƏT

Baş verə biləcək qarşıdurmanın məsuliyyəti Ermənistanın və Rusiya sülhməramlılarının üzərinə düşür - TƏHLİL

Baş verə biləcək qarşıdurmanın məsuliyyəti Ermənistanın və Rusiya sülhməramlılarının üzərinə düşür - TƏHLİL
Sakura

Baş verə biləcək qarşıdurmanın məsuliyyəti Ermənistanın və Rusiya sülhməramlılarının üzərinə düşür - TƏHLİL

Ens.az Apa.az-a istinadən xəbər verir ki Azərbaycan Müdafiə Nazirliyi son günlər bir neçə bəyanat yayaraq Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşındığını bildirir. Müdafiə Nazirliyi bu gün yaydığı bəyanatında bu daşımaların, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirildiyini qeyd etməklə intensivləşdiyini vurğulayıb.

Qeyd olunub ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan, həmçinin, qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Müdafiə Nazirliyinin bu gün yaydığı digər məlumatda isə bildirilir ki, günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib. Azərbaycan Ordusu bunun qarşısını alıb.

Diqqətçəkən məqam ondan ibarətdir ki, bu hadisələr beynəlxalq vasitəçilərin səyləri nəticəsində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalının son dərəcə yüksək olduğu bir vaxtda baş verir. Həmişəki kimi Ermənistan ənənəvi metodundan istifadə edərək prosesi pozmaq üçün siyasi və hərbi təxribata əl atır. Bu işdə isə yenə də həmişəki kimi Rusiya "sülhməramlıları" köməkçi vasitə kimi istifadə olunur.

Azərbaycan Müdafiə Nazirliyinin mart ayı ərzində yaydığı videolardan aydın görünür ki, Azərbaycan ərazisində aparılan yol tikintisi təkcə Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə aparılmır, həm də birbaşa "sülhməramlıların" dəstəyi ilə həyata keçirilir.

Azərbaycan öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşımasına göz yummaq niyyətində olmadığı barədə dəfələrlə ən yüksək səviyyədə xəbərdarlıq edib, bölgədəki Rusiya sülhməramlılarını da məlumatlandırıb. Bundan başqa, Azərbaycan qeyri-qanuni daşımaları sübut edən çoxsaylı faktı Rusiya tərəfinə təqdim edib.

Lakin həmişəki kimi, Ermənistan və ona ərazidə havadarlıq edənlər danışıqlar, anlaşma, xəbərdarlıq anlayışları ilə başa düşmədikləri üçün Azərbaycan Ordusu alternativ və qeyri-qanuni daşımalar üçün hazırlanan yolları nəzarətə götürmək məcburiyyətində qalıb. Bunun bir səbəbi erməni terrorçularının silahlanmaq istəyidirsə, digər səbəbi də faktiki olaraq bölgəyə müvəqqəti nəzarəti üzərinə götürən, bu barədə Üçtərəfli Bəyanatda nəzərdə tutulan funksiyaları yerinə yetirməli olan Rusiya sülhməramlılarının fəaliyyətlərini icra etməməsidir.

Artıq əminliklə söyləmək mümkündür ki, Rusiya sülhməramlıları vəzifələrini bir kənara qoyaraq, terrorçulara dəstək, onları himayə etmək yolu tutublar. Bu isə o deməkdir ki, onlar Azərbaycanla Ermənistan arasında sülh, məsələnin birdəfəlik həllini tapmasını istəmir. Sanki Rusiya sülhməramlılarına bölgədə qeyri-sabitlik yaratmaq, Qarabağın erməni əhalisi ilə Bakı arasında birbaşa təmas və reinteqrasiya prosesini əngəlləmək tapşırığı verilib.

Bunun nəticəsi isə odur ki, artıq erməni tərəfi hərbi ritorikanı sərtləşdirib, pozucu bəyanatlar vermək kimi revanşist əməllərini bölgədə hərbi olaraq tətbiqetməyə başlayıb.

Martın 5-də qanunsuz hərbi daşınmalar həyata keçirən erməni silahlıları ilə atışma nəticəsində itkilər olub. Daha sonra dəfələrlə qanunsuz yaradılmış alternativ yolla silah sursat daşınmasının qarşısı alınıb.

Martın 20-də Zəngilan ərazisində azərbaycanlı hərbçi ermənilərin atəşkəsi pozması nəticəsində Dövlət Sərhəd Xidmətinin əsgər yaralanıb. Qarabağ bölgəsinə hərbi sursat və canlı qüvvənin daşınmasının davam etdirilməsi üçün yeni yol çəkilişinə başlanılıb və bu Rusiya sülhməramlılarının açıq himayəsi ilə aparılıb.

Bu cür təxribatlara birdəfəlik son qoymaq üçün Azərbaycan Ordusu alternativ yolları nəzarətə götürmək, eləcə də digər üçün zəruri addımlar atmaq məcburiyyətində qalıb.

Azərbaycan dəfələrlə bəyan edib ki, erməni tərəfinin növbəti revanşist hərəkətinə imkan verilməyəcək, dözüm göstərilməyəcək. Odur ki, baş verə biləcək istənilən qarşıdurmaya görə məsuliyyət həm Ermənistanın, həm də terrorçu və separatçıları himayə edən Rusiya sülhməramlılarının üzərinə düşür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR