Slimfit
  1. AZƏRBAYCAN

Baş Prokurorluq vəkildən şikayət edib

Baş Prokurorluq vəkildən şikayət edib
Sakura

Baş Prokurorluq vəkildən şikayət edib

Baş Prokurorluq  Nemət Kərimlidən Vəkillər Kollegiyasına şikayət edib.
 
Bu barədə vəkil öz feysbuk hesabında məlumat verib.
 
Nemət Kərimlinin sözlərinə görə, şikayətin məzmunu ilə hələ tanış olmayıb: "Baş Prokurorluq mənim barəmdə yenə də intizam tədbiri tətbiq etmək üçün Vəkillər Kollegiyasına şikayət edib. Şikayət təxminən Tofiq bəyin döyülməsi ilə bağlıdır”.
 
Nemət Kərimli deyir ki,  o, müxalif siyasətçi Tofiq Yaqublunun Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyası zamanı saxlanaraq inzibati həbs edilməsi (30 sutka) zamanı işgəncəyə məruz qalması ilə bağlı şikayətini açıqlayıb. 
 
O hesab edir ki, vəkil kimi müdafiə etdiyi şəxsin xahişini yerinə yetirməyə və həbs olunanın işgəncə barədə bəyanatını açıqlamağa borclu olub.
 
Hələlik Vəkillər Kollegiyası və Baş Prokurorluqdan hər hansı münasibət almaq mümkün olmayıb. Amma vəkil bildirib ki, rəsmi qurumlar Tofiq Yaqublunun işgəncəyə məruz qalması ilə bağlı şikayətini heç də əsaslı saymayıblar.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR