Dərc edildi: Baxış sayı: 292
Baş Prokurorluq: Tərtərdə baş verən mina partlayışı ilə bağlı cinayət işi başlanıb
Aprelin 28-i Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Əlavə məlumat veriləcəkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət