Slimfit
  1. CƏMİYYƏT

Baş Prokurorluq işçilərin əməkhaqlarını verməyənləri nəzarətə götürdü

Baş Prokurorluq işçilərin əməkhaqlarını verməyənləri nəzarətə götürdü
Sakura

Baş Prokurorluq işçilərin əməkhaqlarını verməyənləri nəzarətə götürdü

Ens.Az-ın məlumatına görə,işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi, habelə işçinin əmək haqqının vaxtında verilməməsi və digər qanun pozuntuları barədə vətəndaşlar və dövlət qurumlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalar aparılıb.

Araşdırmalarla ölkə ərazisində qida və qeyri-qida məhsullarının satışını həyata keçirən supermarketlərdən biri tərəfindən işçiyə ayda bir dəfədən az olmayaraq əmək haqqı verilməsi, habelə əmək haqqının hesablanması və ödənilməsi barədə qanunun tələblərinin pozulması müəyyən edilmişdir.

Həmçinin müəyyən edilmişdir ki, Ağcabədi rayonunda əczaçılıq fəaliyyətini həyata keçirən müəssissələrdən biri uzun müddət işçini əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edib.

Qeyd olunan faktlar üzrə hüquqi və vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələrilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Dövlət Əmək Müfəttişliyinə göndərilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR