Dərc edildi: Baxış sayı: 698
Baş prokurordan yeni təyinatlar
Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə fərqlənən işçilərlə komplektləşdirilmə istiqamətində işlər davam etdirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Bildirilib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Babayev Əli İbrahim oğlu tutduğu vəzifədən azad olunaraq, Gədəbəy rayon prokuroru, Samux rayon prokuroru vəzifəsini icra edən Hacıyev Mayıl Mehman oğlu isə həmin rayonun prokuroru vəzifələrinə təyin ediliblər.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət