Baş Planı hazırlayan şirkət: Bakıya düşən sıxlığı azaltmaq barədə düşünməliyik
Bakı şəhərinə və şəhərətrafı ərazilərə düşən təzyiqi azaltmaq, daha ağıllı yanaşmaların tətbiqi edilməsi barədə düşünməliyik.
Trend-in məlumatına görə, bunu Bakının Baş Planının hazırlayan “AS+P” beynəlxalq şirkətinin icraçı direktoru Yoaxim Şares bu gün Bakıda Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Bakının şəhərsalma inkişafına həsr olunmuş plenumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, müəyyən dövlət strukturlarının şəhərin mərkəzindən kənarlaşdırılması ideyalarına baxıla bilər.
Y.Şares qeyd edib ki, Bakıda hökumət səviyyəsində idarəolunmaya əlavə resurslar cəlb edilir, amma yenə də müxtəlif problemlərlə üzləşilir.
Şirkət rəsmisinin məlumatına görə, Bakıda son 20 ildə əhalinin sayı 26 faiz artıb: "Əhalinin sayının artması yeni yanaşmalar tələb edir. Artım bağlı problemlər ortaya çıxır. Şəhərdə çoxmərtəbəli binaların tikilməsi idarəetmə baxımından yeni yanaşmalar tələb olunur".
Mütəxəssis hesab edir ki, Baş Planın hazırlanmasında BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə daxil olan Dayanıqlı İnkişaf Konsepsiyasının tətbiqi çox vacibdir:
"Bu gün Bakıda ətraf mühitlə bağlı problemlərin həlli barədə düşünülməlidir. Təxminən 15 ildən sonra dünyada şəhərlərdə yaşayacaq insanların sayı 1 milyard nəfərdən çox olacaq. Buna görə də şəhərlərin planlaşdırılmış Baş Planının olması vacibdir. Şəhərlər dünya iqtisadiyyatının 80 faizinin formalaşmasında rol oynayır".
Y.Şares qeyd edib ki, təmsil etdiyi şirkətin əsas vəzifəsi təkcə beynəlxalq şəhərsalma prinsiplərinin Bakıda tətbiqi deyil, eləcə də şəhərin özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, onun tarixi görkəmini qorumaqdır. Məhz buna görə işə yerli mütəxəssislər də cəlb olunmalıdır.
Qeyd edilib ki, “AS+P” şirkəti görüləcək işlər çərçivəsində Bakı Dövlət Layihə İnstitutu və yerli peşəkarlarla sıx əməkdaşlığın qurulmasını planlaşdırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət