Slimfit
  1. İQTİSADİYYAT

Baş nazirin müavini: 'Bakıdan Rusiya sərhədinə qədər inşa edilən yeni avtomobil yolu tezliklə istifadəyə veriləcək'

Baş nazirin müavini: 'Bakıdan Rusiya sərhədinə qədər inşa edilən yeni avtomobil yolu tezliklə istifadəyə veriləcək'
Sakura

Baş nazirin müavini: 'Bakıdan Rusiya sərhədinə qədər inşa edilən yeni avtomobil yolu tezliklə istifadəyə…

"Azərbaycan Bakıdan Rusiya sərhədinə qədər yeni avtomobil magistral yolunu inşa edir. Onun tezliklə istifadəyə verilməsi gözlənilir".

"Report"un məlumatına görə, bunu Azərbaycan və Rusiya arasında Samur körpüsünün açılışı zamanı Baş Nazirin müavini Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, analoji avtomagistral artıq istifadəyə verilib: "Hər iki yol əhalinin yaşadığı ərazilərdən yan keçir".

Ş.Mustafayev bildirib ki, şimaldan cənuba avtomobil nəqliyyatı ilə yüklərin daşınmasına sərf edilən vaxt iki dəfə azaldılacaq: "Bu körpünü istifadəyə verməklə biz nəinki iki ölkə arasında yükdaşımaların həcmini genişləndiririk, həmçinin bu yolla beynəlxalq yükdaşımalarını artıracağıq".

Baş nazirin müavini vurğulayıb ki, yeni körpünün istifadəyə verilməsi turizmin inkişafına da təkan verəcək: "Bu ilin 10 ayı ərzində Azərbaycana Rusiyadan 900 mindən çox Rusiya vətəndaşı səfər edib. Azərbaycana səfər edən Rusiya vətəndaşlarının 70% yerüstü nəqliyyatdan istifadə edir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR