Slimfit
  1. CƏMİYYƏT

Baş nazirdən un və un məmulatlarının bahalaşmasının qarşısını alan QƏRAR

Baş nazirdən un və un məmulatlarının bahalaşmasının qarşısını alan QƏRAR
Sakura

Baş nazirdən un və un məmulatlarının bahalaşmasının qarşısını alan QƏRAR

“Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib. 

Ens.Az-ın məlumatına əsasən,bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Dəyişikliyə əsasən, 2021-ci il sentyabrın 1-dən bu qərarda nəzərdə tutulmuş dayanıqlı mexanizm formalaşdırılanadək un istehsalçılarına satılan unun hər tonuna görə ödənilməli subsidiyanın məbləği aşağıdakı qaydada hesablanacaq

1. un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilir;

2. un istehsalçılarının satdığı məhsulun hər tonuna görə onlara ödənilməli subsidiyanın məbləği orta aylıq idxal dəyərinə un istehsalçısının marjası əlavə edilməklə hesablanmış məbləğlə bir ton unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq məbləğində müəyyən edilir;

3. un istehsalı ilə məşğul olan şəxslər topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satdıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılır.

Bundan başqa, dəyişikliyə görə, idxal olunan ərzaqlıq buğdanın həcmində ən yüksək paya malik olan ölkə üzrə məlumatlar əsasında 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq qiymətinin üzərinə həmin ölkənin tətbiq etdiyi ixrac rüsumunun orta aylıq məbləğini əlavə edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrün sonuna müəyyən etdiyi rəsmi məzənnə əsasında ərzaqlıq buğdanın orta aylıq idxal dəyərini hesablanacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR