Slimfit
  1. CƏMİYYƏT

Baş nazirdən tapşırıq — Bu şəxslərin işləməsi qadağan edilsin

Baş nazirdən tapşırıq — Bu şəxslərin işləməsi qadağan edilsin
Sakura

Baş nazirdən tapşırıq — Bu şəxslərin işləməsi qadağan edilsin

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 48 mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, həmçinin dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib. Sənəddə dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb. Məktubda qeyd olunub ki, həmin dövlət orqanlarında işə cəlb edilən işçilərin sayı ən çoxu 50 faizə qədər (əvvəl bu 20 faiz idi) müəyyən edilməlidir. Bundan başqa, dövlət orqanlarında 65 yaşdan yuxarı işçilər işə cəlb edilməməlidir. Eyni zamanda həmin dövlət orqanlarında əməkdaşlar həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməlidir. Bu tapşırıqlar 10 avqust tarixindən 31 avqust tarixinədək 48 mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin dövlət qurumlarında tətbiq edilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR