Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Baş nazirdən koronavirusun təhsilə təsiri ilə bağlı mühüm qərar

Baş nazirdən koronavirusun təhsilə təsiri ilə bağlı mühüm qərar
Sakura

Baş nazirdən koronavirusun təhsilə təsiri ilə bağlı mühüm qərar

Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil

müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan

qaldırılması ilə bağlı bəzi tədbirlər barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin

səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının

ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirlərinin davam etdirilməsi ilə əlaqədar Azərbaycan

Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dövlət

İmtahan Mərkəzinin təkliflərinə əsasən Azərbaycan Respublikasının

Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il

23 aprel tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2010, № 4, maddə 365; 2012, № 12, maddə

1344; 2017, № 12 (II kitab), maddə 2532; 2018, № 3, maddə 607) ilə

təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda

aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7.4-cü bəndin üçüncü və dördüncü abzasları aşağıdakı

redaksiyada verilsin:

“Ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə

yekunlaşır.

Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə

yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər

üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil

müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət

Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab

olunurlar. Təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta

Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attes-

tasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun

dövlət imtahanında (fənlərarası) iştirak edə bilər. Ali təhsil müəssisəsinin

Elmi Şurası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə

razılaşdırılmaqla, bakalavriat səviyyəsində müəyyən ixtisaslar üzrə

təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula

bilər.

Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə

yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya

magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə

imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının

məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan

tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər

Akademiyası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə

razılaşdırılmaqla müəyyənləşdirilir.

Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının

təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət

attestasiyasının keçirilməsi qaydaları ali təhsil müəssisələri və

Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan

Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.”;

1.2. 7.5-ci bənddən “, aralıq və dövlət buraxılış imtahanından

müvəffəq qiymət almış” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il

23 aprel tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2010, № 4, maddə 366; 2012, № 10, maddə

1003; 2013, № 10, maddə 1217; 2017, № 12 (II kitab), maddə 2533) ilə

təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və

proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 7.3-cü bənddən “, aralıq və dövlət buraxılış imtahanından

müvəffəq qiymət almış” sözləri çıxarılsın;

2.2. 7.5-ci bəndin üçüncü və dördüncü abzasları aşağıdakı

redaksiyada verilsin:

“Orta ixtisas təhsili proqramları təhsilalanların dövlət attestasiyası

ilə yekunlaşır. Tədris planının bütün şərtlərini yerinə yetirmiş,

o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə

attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində

əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə)

uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Təhsil

müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət

Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə

razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında

(fənlərarası) iştirak edə bilər. 

İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq

qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, orta

ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il

12 may tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2010, № 5, maddə 467; 2014, № 4, maddə

450; 2016, № 4, maddə 820, № 6, maddə 1201, № 12, maddə 2239;

2017, № 2, maddə 307; 2018, № 11, maddə 2431; 2019, № 12, maddə

2051; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 mart

tarixli 79 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Magistratura təhsilinin

məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın

2.7-ci və 4.3-cü bəndlərinə “Nazirliyi” sözündən sonra “ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA” sözləri əlavə

edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il

24 iyun tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2010, № 6, maddə 561; 2012, № 12, maddə

1345; 2014, № 4, maddə 451; 2016, № 12, maddə 2239; 2017, № 4,

maddə 665, № 12 (II kitab), maddə 2534; 2018, № 11, maddə 2431;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 mart tarixli 80

nömrəli Qərarı) ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb

təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda aşağıdakı

dəyişikliklər edilsin:

4.1. 2.6-cı bəndə “Nazirliyi” sözündən sonra “ilə razılaşdırılmaqla,

ali təhsil müəssisəsinin Elmi Şurası” sözləri əlavə edilsin;

4.2. 2.14-cü, 2.15-ci və 2.18-ci bəndlər ləğv edilsin;

4.3. 2.16-cı bənd aşağıdakı redaksiyada verilsin:

“2.16. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən

nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan)

müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri

nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq

yekun attestasiyadan keçmiş hesab olunurlar. Yekun attestasiyanın

nəticələri ilə razılaşmayan tələbələr üçün buraxılış yekun dövlət

imtahanı təşkil edilir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə

razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən

müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə

yetirilməsi tələbi qoyula bilər.”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il

24 dekabr tarixli 348 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1638; 2016, № 6, maddə

1202; 2017, № 6, maddə 1232; 2018, № 3, maddə 589; 2019, № 4, 

maddə 761) ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və

magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və

Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda aşağıdakı

dəyişikliklər edilsin:

5.1. 3.2.14-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.14. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə

fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri

qazanmış hesab olunur. Kreditləri müəyyən səbəblərdən qazanmayan

(qazana bilməyən) tələbənin həmin fənn üzrə akademik borcu qalır.

Akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə imtahan

vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya

fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılır. Cari semestrdə

müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və

ya) həmin semestrdə akademik borcu yaranmış tələbəyə növbəti

semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahanı (imtahanları)

vermək imkanı yaradılır. Əlavə olaraq tələbə hər bir semestrdə fənni

(fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə)

yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda

iştirak edə bilər. Bütün hallarda imtahan verən tələbənin ümumi

qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari

qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə alınır və

qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi

semestrə aid olunur.”;

5.2. 3.2.23-cü yarımbəndin ikinci cümləsi aşağıdakı redaksiyada

verilsin:

“Bu hədd ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən

dəyişdirilə bilər.”;

5.3. 3.2.24-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.24. Cari semestrdə akademik borcu qalan və növbəti semestr

başlayanadək akademik borcunu ləğv edə bilməyən tələbə növbəti

semestrdə təqaüddən məhrum edilir (xüsusi təyinatlı ali təhsil

müəssisələri istisna olmaqla). Əgər həmin tələbə növbəti semestrdə

götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (ÜOMG nəzərə

alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə), o yenidən mövcud

qanunvericiliyə əsasən təqaüd almaq hüququna malik olacaqdır.”;

5.4. aşağıdakı məzmunda 4.7-ci və 4.8-ci bəndlər əlavə edilsin:

“4.7. Ali təhsil müəssisəsi tərəfindən buraxılış işinin yerinə

yetirilməsi tələbi qoyulmadıqda, tədris planının bütün şərtlərini yerinə

yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər

üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində 

əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan

keçmiş hesab olunur.

4.8. Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun

olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə

buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.”.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il

26 dekabr tarixli 354 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1644; 2018, № 1, maddə

126; 2019, № 4, maddə 761) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili

müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda

aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.2.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.15. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə

fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri

qazanmış hesab olunur. Kreditləri müəyyən səbəblərdən qazanmayan

(qazana bilməyən) tələbənin həmin fənn üzrə akademik borcu qalır.

Akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə imtahan

vermək (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla)

və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılır. Cari

semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak

etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış

tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin

imtahanı (imtahanları) vermək imkanı yaradılır. Əlavə olaraq tələbə hər

bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki

semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə

olmaqla) də imtahanda iştirak edə bilər. Bütün hallarda imtahan verən

tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi

semestrdəki cari qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə

alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri)

dinlədiyi semestrə aid olunur.”;

6.2. 3.2.24-cü yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə

əlavə edilsin:

“Bu hədd orta ixtisas təhsili müəssisəsinin Pedaqoji Şurasının

qərarı ilə dəyişdirilə bilər.”;

6.3. 3.2.25-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.25. Cari semestrdə akademik borcu qalan və növbəti semestr

başlayanadək akademik borcunu ləğv edə bilməyən tələbə növbəti

semestrdə təqaüddən məhrum edilir (xüsusi təyinatlı orta ixtisas təhsili

müəssisələri istisna olmaqla). Əgər həmin tələbə növbəti semestrdə

götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (ÜOMG nəzərə

alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə), o yenidən mövcud

qanunvericiliyə əsasən təqaüd almaq hüququna malik olacaqdır.”;

6.4. aşağıdakı məzmunda 4.6-cı və 4.7-ci bəndlər əlavə edilsin:

“4.6. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən

nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan)

müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə

(ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur.

4.7. Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun

olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə

buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.”.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral

tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik

Toplusu, 2016, № 2 (II kitab), maddə 380; 2017, № 4, maddə 672, № 5,

maddə 1010, № 10, maddə 1918; 2018, № 11, maddə 2432, № 12

(II kitab), maddə 2741; 2019, № 4, maddələr 735, 762, № 8,

maddə1480; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il

4 mart tarixli 78 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktorantlara, ali

təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan

Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə

təqaüd-lərin təyin olunması və ödənilməsi Qaydası”nda aşağıdakı

dəyişikliklər edilsin:

7.1. 2.5-ci bənd üzrə:

7.1.1. birinci cümləyə “siyahısı” sözündən sonra “semestr

başlayanadək” sözləri əlavə edilsin;

7.1.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Akademik borcu yaranmış və akademik borcu yaranan

semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək

həmin fənni (fənləri) dinləmədən imtahan verib müvəffəq qiymət almış

tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin

siyahısına daxil edilir.”;

7.2. 2.6-cı bənddən “semestr üzrə” və “imtahan sessiyasının

nəticələrinə əsasən” sözləri çıxarılsın.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il

12 dekabr tarixli 498 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2217; 2018, № 4, maddə

814, № 12 (II kitab), maddə 2746; 2019, № 4, maddə 763, № 6, maddə

1141; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral

tarixli 45 nömrəli və 27 fevral tarixli 69 nömrəli qərarları) ilə təsdiq

edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının

aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris

Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil

müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və 

riyaziyyat fənlərindən, tədris ingilis, fransız və digər dillərdə aparılan

ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və

riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş

qaydada keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən

30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla,

ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin

toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi

300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış

imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün

imtahanın davametmə müddəti 2 saatdır.*”;

8.2. 2.4-cü bəndin dördüncü cümləsində “1 saat 30” sözləri “45”

rəqəmi ilə əvəz edilsin;

8.3. 2.6-cı bəndin üçüncü cümləsi çıxarılsın;

8.4. aşağıdakı məzmunda “*Qeyd” əlavə edilsin:

“*Qeyd. 2020-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə

təhsilalanların yekun attestasiyası çərçivəsində keçirilən buraxılış

imtahanları ikimərhələli olduğu zaman imtahanın birinci mərhələsində

iştirak etmiş şagirdlər birmərhələli buraxılış imtahanını vermirlər və

onların birinci mərhələdə əldə etdikləri nəticələr Mərkəz tərəfindən

300 ballıq şkalaya keçirilir.”.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral

tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik

Toplusu, 2017, № 2, maddə 290; 2018, № 2, maddə 349, № 4, maddə

815, № 12 (II kitab), maddə 2747; 2019, № 3, maddə 517; Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 46 nömrəli

Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili

müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın

3.3-cü bəndinin dördüncü cümləsində “1 saat 30” sözləri “45” rəqəmi ilə

əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il

8 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2017, № 2, maddə 291; 2018, № 2, maddə

350, № 4, maddə 816, № 12 (II kitab), maddə 2748; 2019, № 3, maddə

517; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral

tarixli 47 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının

orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə

qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

10.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş

qaydada keçirilir. Qəbul imtahanında abituriyentlərə Azərbaycan dili və

ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən

30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə 

abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal

olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.”;

10.2. 3.3-cü bəndin dördüncü cümləsində “1 saat 30” sözləri “45”

rəqəmi ilə əvəz edilsin;

10.3. 3.4-cü bəndin birinci cümləsində “Hər mərhələdə imtahanın”

sözləri “Qəbul imtahanının” sözləri ilə əvəz edilsin;

10.4. 3.5-ci bənd ləğv edilsin;

10.5. 3.9-cu bəndin ikinci cümləsindən “birinci mərhələdə” sözləri

çıxarılsın.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il

8 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292, № 10, maddə 1905;

2018, № 2, maddə 351, № 4, maddə 817, № 11, maddə 2432, № 12

(II kitab), maddə 2749; 2019, № 3, maddə 517; Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 fevral tarixli 32 nömrəli və

17 fevral tarixli 48 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan

Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda

aşağıdakı dəyişikliklər edilsin:

11.1. 3.2-ci bəndin dördüncü cümləsində “1 saat 30” sözləri “45”

rəqəmi ilə əvəz edilsin;

11.2. 3.8-ci bəndin ikinci cümləsi çıxarılsın, üçüncü və dördüncü

cümlələri aşağıdakı redaksiyada verilsin:

“Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul

imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul

imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə

də imtahanda iştirak edə bilər.”;

11.3. 5.1-ci bəndin ikinci cümləsi ləğv edilsin.

12. Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR