Slimfit
  1. CƏMİYYƏT

Baş Nazirdən karantin dövründə çalışan işçilərə dair yeni QƏRAR

Baş Nazirdən karantin dövründə çalışan işçilərə dair yeni QƏRAR
Sakura

Baş Nazirdən karantin dövründə çalışan işçilərə dair yeni QƏRAR

Baş Nazir Əli Əsədov xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Prezidentin 2020-ci il 14 aprel tarixli 1982 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərar verib.

Ens.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, qərarda deyilir:

Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsi aşağıdakı kimi müəyyən edilsin:

1.1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət sektorunda çalışan işçilər;

1.2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan psixonevroloji, sağlamlıq imkanları məhdud uşaqlar üçün, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələrinin, habelə həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində çalışan işçilər.

Müddətli əlavə 2020-ci il aprelin 1-dən iyunun 1-dək olan müddət üçün iş vaxtına mütənasib olaraq ödənilir.

Qərardan irəli gələn məsələlərin həlli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyinə tapşırılıb.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR