Slimfit
  1. SİYASƏT

Baş Nazirdən iki nazirliyə tapşırıq

Baş Nazirdən iki nazirliyə tapşırıq
Sakura

Baş Nazirdən iki nazirliyə tapşırıq

 Baş Nazir Əli Əsədov “2015-ci il 24 noyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında Dövlətlərarası Şuranın Azərbaycanda saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokol”da dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 12 fevral tarixli 931 nömrəli fərmanının icrasını təmin etmək üçün sərəncam imzalayıb.

Report” xəbər verir ki, sərəncamla iki nazirliyə müvafiq tapşırıqlar verilib.

Belə ki, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər orqanlar 2019-cu il dekabrın 20-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli 931 nömrəli fərmanı ilə təsdiq edilmiş “2015-ci il 24 noyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında Dövlətlərarası Şuranın Azərbaycan Respublikasında saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokol”da dəyişikliklər edilməsi barədə Protokol”un müddəalarının bu Protokol qüvvəyə mindikdən sonra həyata keçirilməsi üçün aidiyyəti üzrə tədbirlər görməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR