Dərc edildi: Baxış sayı: 511
Baş nazirdən etiraf: Onun kimi cəsarətli deyildim
1989-cu ildə kommunist olduğuma görə təəssüf hissi keçirirəm.
Axar.az xəbər verir ki, bu sözləri Çexiya Baş naziri Andrey Babiş Praqada “məxməri inqilab”in 30 illiyi ilə bağlı təşkil edilən mərasimdə çıxışı zamanı deyib.
“Vatslav Havelin o günlərdə göstərdiyi davranış, cəsarət həqiqətən də heyrətamiz, böyük hörmətə layiq idi. Mən həmin zamanlarda Çexoslovakiyada deyildim (Mərakeşdə firmalardan birində çalışırdı - red.). Məlum olduğu kimi, mən kommunist idim və hazırda bununla qətiyyən fəxr etmirəm. Havel kimi dürüstlüyüm və cəsarətim yox idi”, - deyə Babiş bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət