Slimfit
  1. CƏMİYYƏT

Baş nazirdən bu nazirliklə bağlı - Qərar

Baş nazirdən bu nazirliklə bağlı - Qərar
Sakura

Baş nazirdən bu nazirliklə bağlı - Qərar

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin

kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2007-ci il 5 iyun tarixli 90 nömrəli

Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27

sentyabr tarixli 462 nömrəli Fərmanı ilə təsdiq edilmiş

“Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

haqqında Əsasnamə”nin 16-cı hissəsinə uyğun olaraq

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin

kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2007-ci il 5 iyun tarixli 90 nömrəli Qərarının

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6,

maddə 695; 2008, № 11, maddə 1037; 2011, № 2, maddə 158;

2016, № 7, maddə 1345, № 10, maddə 1744) 1-ci hissəsi

aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin

kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilsin və

aşağıdakı tərkibdə təsdiq edilsin:

Qərara əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiq edilir

Kollegiyanın sədri

Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri

Kollegiynın üzvləri:

Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müavinləri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının İstehsalat şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Müdafiə təyinatlı məmulatların yaradılması və elmi araşdırmalar şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və uçot şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Şərq İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR