Dərc edildi: Baxış sayı: 460
Baş nazir Qarabağ münaqişəsinin həllindən danışdı
Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət dövlətimizin nüfuzunun yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına səbəb olub.
Oxu.Az xəbər verir ki, bunu martın 15-də parlamentin plenar iclasında hökumətin hesabatı zamanı baş nazir Novruz Məmmədov dilə gətirib.
Baş nazir xüsusilə deyib ki, Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalıb.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət