Slimfit
  1. AZƏRBAYCAN

Baş Nazir Mikro, kiçik, orta və iri sahibkarlıq barədə qərar imzaladı

Baş Nazir Mikro, kiçik, orta və iri sahibkarlıq barədə qərar imzaladı
Sakura

Baş Nazir Mikro, kiçik, orta və iri sahibkarlıq barədə qərar imzaladı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qaz təchizatında

mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq

edilməsi haqqında” 1999-cu il 21 iyun tarixli 103 nömrəli,

“Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə

olunmasının Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında”

2004-cü il 25 avqust tarixli 117 nömrəli, “Şəhərlər və digər

yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena

və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət

tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və

zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında”

2005-ci il 21 aprel tarixli 74 nömrəli, “Təhlükəli tullantıların

sərhədlərarası daşınması Qaydası”nın təsdiq edilməsi

haqqında” 2008-ci il 25 iyul tarixli 167 nömrəli və “Təhlükə

potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə

ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin

növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında”

2017-ci il 6 fevral tarixli 31 nömrəli. qərarlarında dəyişiklik

edilməsi barədə

 “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları

haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və

“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin

xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında”

Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi

barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 

1683-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan

Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 865 nömrəli

Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il

21 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 1999, № 6, maddə 381; 2002, № 11, maddə

675; 2004, № 9, maddə 750, № 12, maddə 1077; 2006, № 9, maddə

822; 2007, № 2, maddə 185; 2008, № 5, maddələr 430, 432; 2009,

№ 9, maddələr 738, 757, № 10, maddə 857; 2014, № 1, maddə 57,

№ 6, maddə 747; 2015, № 5, maddə 662; 2016, № 4, maddə 833;

2018, № 4, maddə 798, № 8, maddə 1817; 2019, № 1, maddə 154)

ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin:

“1.3-1. Qazın nəqli üçün uzunluğu 20 km və daha çox olan,

diametri 500 mm və daha çox olan boru kəmərlərinin

layihələndirilməsi mərhələsində “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən

olunmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan

sonra – ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji

ekspertizası keçirilməlidir.”;

1.2. 1.4-cü bəndə aşağıdakı məzmunda dördüncü və beşinci

abzaslar əlavə edilsin:

“Bu Qaydaların 1.3-1-ci bəndində nəzərdə tutulan mövcud

boru kəmərləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə

uyğun olduqda, həmin kəmərlərin yenidən qurulması və ya həmin

kəmərlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün

ƏMTQ sənədinin hazırlanması tələb olunmur, lakin həmin kəmərlərə

dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər

Nazirliyi tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi

(ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf

mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki

normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq

dəyişikliklər edilir.

Bu Qaydaların 1.3-1-ci bəndində nəzərdə tutulan mövcud

kəmərlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə

təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin

layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar

tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ƏMTQ aparılmalıdır.”;

1.3. 7.1-ci bənddə “xüsusi” sözü “Qaz təchizatı” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları

ilə müəyyən edilən hallarda və qaydada lisenziya və ya” sözləri ilə

əvəz edilsin;

1.4. 7.7-ci bəndin üçüncü abzasının ikinci cümləsində “xüsusi”

sözü (birinci halda) “qanunla müəyyən edilən hallarda və qaydada

lisenziya və ya” sözləri ilə, “xüsusi icazə verən müvafiq icra

hakimiyyəti orqanına” sözləri “aidiyyəti üzrə” sözləri ilə əvəz edilsin;

1.5. 7.9-cu bənddə “müvafiq qaydada alınmış xüsusi icazədə

verilmiş” sözləri “qanunvericiliklə müəyyən edilmiş” sözləri ilə əvəz

edilsin;

1.6. 7.12-ci bəndin ikinci abzasının birinci cümləsindən

“qaydada alınmış xüsusi” sözləri çıxarılsın;

1.7. 7.18-ci bənddə “və ya tələb olunduqda xüsusi” sözləri “və

qanunla müəyyən edilən hallarda lienziya və ya” sözləri ilə əvəz

edilsin;

1.8. 7.78-ci bəndin üçüncü abzasında “xüsusi” sözü “qanunla

müəyyən edilən hallarda lisenziya və ya” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il

25 avqust tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2004, № 8, maddə 661) ilə təsdiq edilmiş

“Azərbaycanda təhlükəli tullantıların idarə olunmasının Dövlət

Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.2.1-ci yarımbənd üzrə:

2.1.1. on ikinci abzasda “qurğulara müvafiq şərtlərlə sertifikatın

verilməsinə zəmanətin təmin edilməsi” sözləri “qurğuların

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”

Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya

olunmuş uyğunluğu qiymətləndirən qurum tərəfindən sertifikatlaşdırılmasının təşkil edilməsi” sözləri ilə əvəz edilsin;

2.1.2. on üçüncü abzasda “sertifikatın şərtlərinə əməl

olunmasını və bu” sözləri “təhlükəli tullantıların idarə edilməsi üzrə

qanunvericiliklə müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

2.2. 2.2.2-ci yarımbəndin birinci abzasında “sertifikatların

verilməsi” sözü “sertifikatlaşdırılmanın təşkili” sözləri ilə, ikinci abzasında “sertifikatlaşdırılması” sözü “sertifikatlaşdırılmasının təşkili”

sözləri ilə əvəz edilsin;

2.3. 2.2.4-cü yarımbəndin “sertifikatlaşdırma” sözü “sertifikatlaşdırılmanın təşkili” sözləri ilə əvəz edilsin. 

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il

21 aprel tarixli 74 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2005, № 4, maddə 388; 2007, № 10, maddə

1027; 2008, № 2, maddə 132; 2012, № 9, maddə 920; 2018, № 4,

maddə 794) ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri

ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə

uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”na

aşağıdakı məzmunda 7.2-1-ci bənd əlavə edilsin:

“7.2-1.Tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin,

habelə bu məqsədlə qurğuların, poliqonların tikinti layihələrinin “Ətraf

mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada ətraf mühitə təsirinin

qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin

dövlət ekoloji ekspertizası keçirilməlidir.”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il

25 iyul tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2008, № 7, maddə 686) ilə təsdiq edilmiş

“Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nda

aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Təhlükəli tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına idxalı, ixracı və tranzit

daşımaları “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”

Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla,

beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilir.”;

4.2. 2.2-2.10-cu, 2.14-cü və 3.4-cü bəndlər ləğv edisin;

4.3. 4.1-ci bənddə “icazə” sözü “yol” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il

6 fevral tarixli 31 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2017, № 2, maddə 284; 2018, № 10, maddə

2164, № 11, maddə 2440) ilə təsdiq edilmiş “Təhlükə potensiallı

təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının

yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların

tətbiqi halları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. aşağıdakı məzmunda 2.1.2-1-ci, 4.1.1-1-ci və 8.1.1-1-ci

yarımbəndlər əlavə edilsin:

“2.1.2-1. qazın nəqli üçün uzunluğu 20 km və daha çox olan,

diametri 500 mm və daha çox olan boru kəmərlərinin

layihələndirilməsi mərhələsində ətraf mühitə təsirin qiymətləndiril-

məsi (ƏMTQ) sənədinin hazırlanması və həmin sənədin dövlət

ekoloji ekspertizasının keçirilməsi;

4.1.1-1. layihələndirmə mərhələsində ətraf mühitə təsirin

qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması və həmin

sənədin dövlət ekoloji ekspertizasının keçirilməsi;

8.1.1-1. dağ-mədən fəaliyyəti üzrə metal (o cümlədən əlvan

metal) filizlərinin yataqlardan çıxarılması, hasilatı, işlənilməsi və

emalı layihələri, habelə tikinti materialları yataqlarının mənimsənilməsi və istismarı layihələri üzrə ətraf mühitə təsirin

qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması və həmin

sənədin dövlət ekoloji ekspertizasının keçirilməsi;”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR