Dərc edildi: Baxış sayı: 221
Baş nazir: İsrail Qəzzada müharibə başlayandan yüzlərlə hərbçisini itirib
İsrail ordusu Qəzza zolağında müharibə başlayandan bu günə kimi yüzlərlə hərbçisini itirib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Amerikanın “Merit Street Media” telekanalına müsahibəsində deyib.
"Qəzzada cəsarətlə vuruşan yüzlərlə əsgərimizi itirdik", - o deyib.
Netanyahu vurğulayıb ki, münaqişə bitdikdən sonra hərbçilərə kömək üçün çox səy göstərməli olacaq, çünki onların ruhlarında yara izləri var. "Eyni zamanda, terrorçuları məhv etdikdən sonra Qəzzanın bərpasını da düşünürük", - Baş nazir deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət