Baş nazir bu tarixdə Milli Məclisə hesabat verəcək
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun Milli Məclisə hesabat verəcəyi tarix müəyyənləşib.
Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı martın 15-də Milli Məclisdə dinləniləcək.
Belə ki, həmin gün keçiriləcək plenar iclasda Novruz Məmmədov Baş nazir təyin olunduqdan sonra ilk dəfə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabat verəcək, sonra hesabat müzakirə olunacaq.
Hesabatın mart ayının əvvəlindən tanışlıq üçün Milli Məclisə təqdim olunaraq, deputatlara paylanılması nəzərdə tutulub.
Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Novruz Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət