Dərc edildi: Baxış sayı: 487
Baş nazir: “Azərbaycanla sərhədin delimitasiyası komissiyasına Gürcüstanın bütün dövlət qurumlarının…
“Azərbaycanla sərhədin müəyyən olunması üçün yaradılacaq komissiyaya Gürcüstanın bütün dövlət qurumlarının nümayəndələri daxil olacaq və delimitasiya və demarkasiya prosesinə başlanılacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze “İmedi” televiziya kanalının efirində yayımlanan “Xronika” verilişində bildirib.
Baş nazir sərhədin müəyyən olunması üzrə prosesin çətin və çox zəhmət tələb edən olduğunu qeyd edib:
“Mən çox yaxşı başa düşürəm ki, bu məsələ gürcülər üçün çox emosionaldır. Mən hamını yoxlanılmamış informasiyalardan çəkinməyə çağırıram. Gürcüstan və Azərbaycan dost və tərəfdaşdırlar. Biz bu məsələni həll edəcəyik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət