Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Baş nazir ali məktəblərə tələbə qəbulu qaydalarını dəyişdi - Qərar

Baş nazir ali məktəblərə tələbə qəbulu qaydalarını dəyişdi - Qərar
Sakura

Baş nazir ali məktəblərə tələbə qəbulu qaydalarını dəyişdi - Qərar

 

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. 

Dəyişiklik əsasən xüsusi qabiliyyət tələb edən ixtisaslara şamil edilib. 

Belə ki, II ixtisas qrupunda beş ixtisas ləğv edilib, dörd yeni ixtisas yaradılıb. 

Beləliklə, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Sənayenin təşkili və idarə olunması, Kommersiya, Turizm və otelçilik ixtisasları ləğv edilib.  

II ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Beynəlxalq ticarət və logistika, Mühasibat, Turizm bələdçiliyi və Turizm işinin təşkili ixtisasları yer alıb.  

Son dəyişiklikdən sonra II ixtisas qrupuna aşağıdakı 21 ixtisas daxildir: 

 1. Coğrafiya müəllimliyi 

2. Tarix və coğrafiya müəllimliyi 

3. Beynəlxalq münasibətlər 

4. Regionşünaslıq (regionlar üzrə) 

5. Sosiologiya 

6. Beynəlxalq ticarət və logistika 

7. Biznesin idarə edilməsi 

8. Davamlı inkişafın idarə edilməsi 

9. Dövlət və bələdiyyə idarəetməsi 

10. İqtisadiyyat 

11. Maliyyə 

12. Marketinq 

13. Menecment 

14. Mühasibat 

15. Statistika 

16. Coğrafiya 

17. Hidrometeorologiya 

18. İdman menecmenti və kommunikasiya 

19. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) 

20. Turizm bələdçiliyi 

21. Turizm işinin təşkili 

Bundan əlavə III ixtisas qrupunda da müəyyən dəyişikliklər edilib. 

Qərara əsasən, Məktəbəqədər təlim və tərbiyə, Kitabşünaslıq, Antropologiya, Teatrşünaslıq və Kinoşünaslıq ləğv edilib. Kitabxanaçılıq və informasiya və Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları müvafiq olaraq Kitabxanaçılıq və informasiya fəaliyyəti və Muzey, arxiv işi və abidələrin qorunması adlandırılıb. III ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Məktəbəqədər təhsil, İslamşünaslıq və İctimai təhlükəsizlik və idarəetmə ixtisasları yer alıb.  

Beləliklə, son dəyişiklikdən sonra III ixtisas qrupuna aşağıdakı 24 ixtisas daxildir: 

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 

2. Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə) 

3. İbtidai sinif müəllimliyi 

4. Korreksiyaedici təlim 

5. Məktəbəqədər təhsil 

6. Tarix müəllimliyi 

7. Təhsildə sosial-psixoloji xidmət 

8. Xarici dil müəllimliyi (dillər üzrə) 

9. Dinşünaslıq 

10. Dövlət və ictimai münasibətlər 

11. Fəlsəfə 

12. Filologiya (dil və ədəbiyyat göstərilməklə) 

13. Hüquqşünaslıq 

14. İslamşünaslıq 

15. Jurnalistika* 

16. Kitabxanaçılıq və informasiya fəaliyyəti - 1 

17. Politologiya 

18. Tarix 

19. Tərcümə (dillər üzrə) 

20. Bədii yaradıcılıq və ekran dramaturgiyası 

21. Muzey, arxiv işi və abidələrin qorunması -1 

22. Sənətşünaslıq (sahələr üzrə) 

23. Sosial iş 

24. İctimai təhlükəsizlik və idarəetmə 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR