Slimfit
  1. AZƏRBAYCAN

Baş nazir akademikə zəng etdi

Baş nazir akademikə zəng etdi
Sakura

Baş nazir akademikə zəng etdi

Baş nazir Novruz Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudova telefonla zəng edərək institutun fəaliyyəti ilə maraqlanıb.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Kult.az-a verilən məlumata görə, baş nazir telefon danışığı zamanı Tarix İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib.

Y.Mahmudov bu telefon danışığı barədə tarixçi alimlərə Elmi Şuranın iclasında ətraflı məlumat verib: “Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. Bununla əlaqədar olaraq baş nazir Novruz Məmmədov tarixçiləri təbrik edərək, onlara uğurlar arzulayıb”.

Akademik deyib ki, Azərbaycan tarix elmində azərbaycançılıq məfkurəsinə əsasən konseptual dəyişikliklər gedir. Baş nazir institutda Qarabağın, Naxçıvanın və İrəvan xanlığının, Azərbaycan xalqına qarşı soyqırımlarının və itirilmiş torpaqlarımızın tarixinin araşdırılmasını yüksək dəyərləndirib və tarixçilərə dəstək olacağını bildirib.

Direktor qeyd edib ki, Tarix İnstitutunun fəaliyyəti ölkə rəhbərinin daim diqqət mərkəzindədir: “Prezident İlham Əliyev institutu Azərbaycanda tarix üzrə araşdırmaların mərkəzi adlandırıb. Novruz Məmmədov institutda aparılan araşdırmaları, o cümlədən 26 Bakı komissarının fəaliyyətinə yeni baxışı Azərbaycan dövlətinin mənafeyinə tamamilə uyğun olduğunu bildirib”.

İclasın sonunda Elmi Şuranın üzvləri yekdilliklə Baş nazirin xüsusi diqqətinin onları yeni araşdırmalara ruhlandıracağını bildiriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR