Slimfit
  1. DÜNYA

Baş nazir 134 nəfərin ölümünə görə istefa verdi

Baş nazir 134 nəfərin ölümünə görə istefa verdi
Sakura

Baş nazir 134 nəfərin ölümünə görə istefa verdi

Afrikanın qərbində yerləşən Malinin baş naziri Sumeyla Bubey Maiqa konstitusiyanın 38-ci maddəsinə uyğun olaraq özünün və rəhbərlik etdiyi hökumətin istefa məktubunu ölkə prezidenti İbrahim Bubəkar Keytaya təqdim edib.
Azvision.az xəbər verir ki, bu barədə Mali prezident administrasiyasının “Twitter”də yerləşdirdiyi məlumatda bildirilib. Qeyd olunub ki, prezident Keyta 18 apreldə baş nazirin istefa məktubunu qəbul edərək, ona və hökumətin digər üzvlərinə gördükləri işə görə təşəkkürünü bildirib. 

Məlumatda, həmçinin vurğulanıb ki, Malinin yeni baş nazirinin adı bütün siyasi qüvvələrlə məsləhətləşmələrdən sonra yaxın zamanda açıqlanacaq. 

Qeyd edək ki, Mali hökumətinin istefası ölkənin Mopti əyalətindəki qəsəbələrə edilən silahlı hücumda fulba xalqının 134 nümayəndəsinin ölməsindən bir neçə gün sonraya təsadüf edir. Bununla əlaqədar, Mali parlamenti terrorla yetərincə mübarizə apara bilmədiyinə görə 17 apreldə hökumətə etimadsızlıq səsverməsi keçirilməsini müzakirəyə çıxarmışdı. 

Bundan əvvəl Mali prezidenti İbrahim Bubəkar Keyta Silahlı Qüvvələrin baş qərargah rəisi Mbembu Musu Keytunu istefaya göndərmişdi. 


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR