Slimfit
  1. İDMAN

Baş məşqçi "Qəbələ"nin uğurundan danışdı: Məcbur etdik

Baş məşqçi "Qəbələ"nin uğurundan danışdı: Məcbur etdik
Sakura

Baş məşqçi "Qəbələ"nin uğurundan danışdı: Məcbur etdik

UEFA Gənclər Liqasının I mərhələsinin cavab oyununda "Şerif” (Moldova) – "Qəbələ” matçından (1:3) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Emin İmaməliyevin mətbuat konfransı keçirilib.

Sportnet.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcədən oyunun çətin keçəcəyini bildiklərini vurğulayıb: "İlk qarşılaşma "Şerif”in yaxşı komanda olduğunu göstərmişdi. Evdə keçirdiyimiz ilk görüşdə heç-heçə etdik. Bu qarşılaşmadan sonra oyunu və rəqibi analiz edib, güclü və zəif tərəflərin müəyyənləşdirdik. Ən əsası isə futbolçularımız verilən tapşırıqları, qələbə üçün lazım olan hər şeyi etdilər. Deməzdim ki, səfərdə evdəkindən daha yaxşı oynamışıq. Həmin oyunda da, xüsusilə ikinci hissədə qol imkanlarımız çox oldu".

E.İmaməliyev rəqibi təzyiq altında saxladıqlarını bildirib: "Şerif"i səhv buraxmağa məcbur etdik. İlk qol da bunun nəticəsi idi. Arxaya ötürmədə topu ələ keçirib hesabı açdıq. Digər iki qolumuz da pressinq sayəsində vuruldu. "Şerif” yaxşı komandadır. Həm müdafiə, həm hücumda oynamağı bacarır. Bu gün biz daha güclü oynadığımız üçün qalib gəldik. "Herta” – "Lex” oyununa gəlincə, hər iki komanda yaxşı rəqibdir. Futbolda zəif rəqib yoxdur. Yaxşı hazırlaşıb, onlarla bərabər səviyyədə oynamaq olar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR