Dərc edildi: Baxış sayı: 490
Baş məşqçi 9 günə 3 milyon avro qazanacaq
İtaliyanın "Bolonya" klubunun hazırkı baş məşqçisi Sinişa Mixayloviç Portuqaliya "Sportinq"indən qovulduğu üçün 3 milyon avro təzminat alacaq.
"Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) Lissabon təmsilçinin 51 yaşlı serbiyalı mütəxəssisə 3 milyon avro ödəməli olduğuna dair qərar çıxarıb.
Mixayloviç 2018-ci il iyulun 18-də “Sportinq”in baş məşqçisi təyin edilib. O, 3 illik müqaviləsinə baxmayaraq, təyinatından 9 gün sonra istefaya göndərilib.
Sözləşməyə xitam verildikdən sonra baş məşqçiyə 300 min avro ödənilib. Mixayloviç CAS-a müraciət edib və 11.2 milyon avro təzminat tələbi ilə iddia qaldırıb. O, "Bolonya"ya 2019-cu ildən rəhbərlik edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət