Slimfit
  1. CƏMİYYƏT

Baş leytenantın anası Vilayət Eyvazova müraciət etdi: "Oğlum hədələnir"

Baş leytenantın anası Vilayət Eyvazova müraciət etdi: "Oğlum hədələnir"
Sakura

Baş leytenantın anası Vilayət Eyvazova müraciət etdi: "Oğlum hədələnir"

Bakı şəhər N saylı hərbi hissəsinin baş leytenant oğlum Qəni Türkay Sahib oğlunun anası Məlahət Nəcəfova Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. 
 
Qaynarinfo.az xəbər verir ki, o, oğlunun Tovuz rayonu polis şöbəsinin rəisi Şirzad Əsgərov tərəfindən hədələndiyini bildirib. Müraciəti olduğunu kimi təqdim edirik:
 
"Cənab nazir, Vilayət Eyvazov. 
 
Mən, Bakı şəhər sakini Nəcəfova Məlahət Səlim qızı sizə yazaraq bildirmək istəyirəm ki, Bakı şəhər N saylı hərbi hissəsinin baş leytenantı oğlum Qəni Türkay Sahib oğlu Tovuz rayonu polis şöbəsinin rəisi Şirzad Əsgərov tərəfindən hədələnir. Belə ki, Ş.Əsgərovun yaxını Şəki rayonunun sabiq polis mayoru Akifə Hidayətzadə bu günün hərbiçisi, gələcəyin şəhidi olacaq oğlumun ailəsini dağıdıb və hazırda da şəxsi əlaqələri hesabına oğluma hədə qorxu gəlir, onu işindən çıxaracaqları barədə məktublar yazdırırlar. 
 
Vəzifəsindən sui-istifadə edən Ş. Əsgərov, sabiq polis mayoru A. Hidayətzadənin keçmiş həyat yoldaşıdır. Ş.Əsgərov vəzifəsindən sui-istifadə edərək oğlumun evinə tez-tez polis göndərir, onu hədələyir. Oğlum T.Qəninin işdə olmasından istifadə edərək polis zoru ilə evinə girməyə çalışıblar. Digər hərbiçilərin məsələyə müdaxiləsindən sonra oğlumun qapısına gələn polislər "biz bura gəlməmişik, adımızı çəkməyin, gedirik" cümləsini işlədərək ərazidən uzaqlaşıblar. Bu hal dəfələrlə təkrarlandıqdan sonra sizə müraciət etməyi qərara aldım. 
 
Oğlumun evinə dəfələrlə polis gəldikdən sonra telefonuna "elə etmə ki, səni işindən edim" kimi təhdid mesajları gəlməyə başlayıb. Bir ana, bəlkədə sabahın şəhid anası kimi sizdən xahiş edirəm ki, məsələni nəzarətinizə götürərək haqsızları cəzalandırasınız. 
 
Cənab nazir, yazdığım bütün hadisələrlə bağlı şahidlər və hərbi hissənin NBM-də rəsmi qeydiyyat var".
 
Məlahət Nəcəfova Prezindet İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət edərək kömək istəyib.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR