Slimfit
  1. SİYASƏT

Baş katibin bəyanatı narahatlıq yaradır - Ombudsman

Baş katibin bəyanatı narahatlıq yaradır - Ombudsman
Sakura

Baş katibin bəyanatı narahatlıq yaradır - Ombudsman

Avropa Şurasının Baş katibinin Xankəndi-Laçın yolu ilə bağlı həqiqətə əsaslanmayan son bəyanatı bizdə narahatlıq yaradır.

Ombudsman Aparatından Redaktor.az-a verilən xəbərə görə, bu barədə Səbinə Əliyeva deyib.

O bildirib ki, tərəfimizdən əvvəllər də Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin keçidinə heç bir maneənin olmaması ilə bağlı bəyanatlar verilib.

"Bu gün bir daha qeyd etmək istərdik ki, hazırda Azərbaycan humanitar məqsədlərlə nəqliyyat vasitələrinin həmin yoldan keçidini təmin edir və iddia olunduğu kimi, orada hər hansı humanitar böhrandan söhbət gedə bilməz. Sizi məsələnin mahiyyətinə varmadan belə bəyanatlar verməkdən çəkinməyə dəvət edirik.

Hesab edirik ki, həqiqəti əks etdirməyən bu cür bəyanatların verilməsi regionda gərginliyi artırır və sülh prosesinə mane olur.

Eyni zamanda, Avropa Şurasının baş katibinin diqqətini bir daha işğaldan azad edilmiş ərazilərimizdəki mina probleminə cəlb etmək istərdik. Bu problem 30 ilə yaxındır ki, öz torpaqlarından didərgin düşmüş 100 minlərlə insanın təhlükəsiz qayıdışını ləngidir", - o vurğulayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR