Slimfit
  1. CƏMİYYƏT

Baş infeksionist: Təhlil aparılaraq bu sahələr bərpa olunacaq, digərləri isə...

Baş infeksionist: Təhlil aparılaraq bu sahələr bərpa olunacaq, digərləri isə...
Sakura

Baş infeksionist: Təhlil aparılaraq bu sahələr bərpa olunacaq, digərləri isə...

“Son vəziyyət analiz olunacaq. Əgər nəticə imkan verərsə yumşalmaya gedilə bilər”.

Ens.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında baş infeksionist Cəlal İsayev deyib.

O bildirib ki, hazırkı vəziyyətdə yoluxmaların azalması, xəstəlikdən sağalanların sayının isə artması müşahidə olunur: “Bu, belə davam edərsə və kifayət qədər bizi qane edən vəziyyət yaranarsa, müəyyən məsələlərdə yumşalmalara gedilə bilər. Bu, 10 gün bundan sonrakı mərhələdir və o dövrdə alınan nəticələr təhlil olunmalıdır. Hansı sahələrdə yumşalmaların aparılacağı ilə bağlı tam dəqiq məlumatı rəsmi təhlillərdən sonra deyə bilərik. Düşünürəm ki, indidən proqnoz vermək bir qədər yanıldıcı olar. Əvvəlki yumşalmada mollar və iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olundu. Amma sonra yenidən bağlandı. Demək ki, bu uğurlu nəticə verməmişdi.

C.İsayev qeyd edib ki, hazırda bu situasiya düzgün qiymətləndirilməli və bütün detallar nəzərə alınmalıdır: “Qiymətləndirmədən sonra bununla bağlı nələrsə sözyləmək olar. Amma yumşalmalara gediləcəksə, ilkin olaraq epidemioloji baxımdan təhlükəsi az olan sahələr fəaliyyətə başlamalıdır. Açılması riskli olan sahələrin bərpası böyük təhlükə deməkdir. Təhlil aparıldığı zaman bunlara diqqət yetiriləcək. Adları ilə də demək olmaz ki, biz hansısa sahəni bərpa edəcəyik. Məsələn, desək ki, iri ticarət mərkəzləri və restoranlar açılacaq və bu baş tutmasa, biz insanları ümidli etmiş olacağıq. Əvvəlcədən konkret ad söyləmək çox çətindir. İnsanlar burada çaşa bilərlər”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR