Slimfit
  1. AZƏRBAYCAN

Baş infeksionist: “COVID-19 mövsümi xəstəliyə çevrilir”

Baş infeksionist: “COVID-19 mövsümi xəstəliyə çevrilir”
Sakura

Baş infeksionist: “COVID-19 mövsümi xəstəliyə çevrilir”

“Yüksək temperatur, öskürək, halsızlıq, nəfəs daralması - COVID-19, demək olar ki, hər ölkədə özünü yeni simptomlarla göstərir.

Mutasiyaya uğramış bu virus bəzən insanda heç bir əlamət olmadan da qeydə alına bilər. Əgər əvvəllər ancaq xəstə insanların qoruyucu maskalardan istifadəsi tövsiyə olunurdusa, indiki vəziyyətdə bu virusdan hamı qorunmalıdır“. 

Oxu.Az xəbər verir ki, bu sözləri Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev “Baku TV”nin canlı efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib.

O bildirib ki, yeni virusun soyuq havada daha çox yaşama ehtimalı var:

“Buna görə də, payızda yeni dalğa gözləniləndir. COVID-19-un mövsümi xəstəliyə çevrilməsi ehtimalı var“. 

Baş infeksionist koronavirusa müqavimət göstərmək üçün insanlara spirtli içkilərdən və siqaretdən imtina etməyi tövsiyə edir: "Ən əsası isə, hər kəs sosial izolyasıya qaydalarına riayət etməlidir".

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR