Slimfit
  1. CƏMİYYƏT

Baş İnfeksionist: “Bu günə qədər əhalinin 10 faizinə peyvəndin hər iki dozasını vurulub”

Baş İnfeksionist: “Bu günə qədər əhalinin 10 faizinə peyvəndin hər iki dozasını vurulub”
Sakura

Baş İnfeksionist: “Bu günə qədər əhalinin 10 faizinə peyvəndin hər iki dozasını vurulub”

Ölkəmizdə əhali arasında kütləvi immunitetin yaranmasından danışmaq hələ tezdir. İndiyədək Azərbaycanda əhalinin 10 faizinə peyvəndin hər iki dozasını vurulub. 1,7 milyon vətəndaş isə yalnız birinci dozanı vurdurub.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionistin sözlərinə görə, indiyədək Azərbaycanda əhalinin 10 faizi peyvəndin hər iki dozasını alıb:

“1,7 milyon vətəndaş yalnız birinci dozanı vurdurub. Ümumilikdə 100 min əhaliyə düşən peyvənd sayı 26 təşkil edir. Bu göstəriciyə görə MDB ölkələri arasında liderlər sırasında olsaq da, Avropa ölkələri və ABŞ-la müqayisədə aşağı yerləri tuturuq. 

Vaksinasiya Strategiyasında da qeyd olunur ki, kütləvi immunitetin formalaşması üçün əhalinin təxminən üçdə ikisi peyvənd olunmalıdır. Daha doğrusu, kütləvi immunitet qazananların ümumi sayına təkcə peyvənd olunanların deyil, xəstəliyi keçirib təbii immunitet əldə edənlərin də sayı əlavə olunmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda peyvənd istehsal olunmur. Lakin elə ölkələr var ki, orada peyvənd istehsal olunsa da, onu tətbiq edənlərin sayı o qədər də yüksək deyil. Məsələn, COVID-19-a qarşı peyvənd istehsal olunan Rusiya ilə müqayisədə ölkəmizdə peyvənd olunanların nisbi sayı çoxdur və bu sahədə olan göstərici də prosesin uğurla aparıldığını sübut edir”.

“Məlum olduğu kimi, payız-qış aylarına doğru belə infeksiyalara yoluxmada müəyyən qədər artım müşahidə olunur. Eyni zamanda, o vaxta qədər peyvənd olunanların sayı daha da artacaq və bundan sonra mövcud vəziyyətə uyğun qərar veriləcək. Təbii ki, COVID-19 bir müddət bizimlə yaşayacaq və aramızda olacaq. Hələlik tibbi maskalardan qapalı məkanlarda istifadə edilməsi qalır. Yəqin ki, gələn ildən başlayaraq pandemiyanın gedişində əsaslı dönüş olacaq və infeksiya ayrı-ayrı bölgələrdə lokal şəkildə cərəyanetmə halına düşəcək. Bunun üçün hamı çalışmalıdır. Qaydalara əməl olunmalı, peyvəndləmədə aktiv iştirak olmalıdır”,- deyə Təyyar Eyvazov qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR