Dərc edildi: Baxış sayı: 572
Baş həkim Putinə koronavirusla bağlı 2 yol təklif etdi – “Ən pis halda İtaliya senarisi olacaq"
Dünən koronaviruslu xəstələrin müalicəsi üçün əsas mərkəzi xəstəxana hesab edilən Kommunarkaya baş çəkən Rusiya prezidenti baş həkim Denis Prosenko ilə söhbət edərək, ondan hadisələrin gedişi barədə məsləhətlər alıb.
Putin Rusiyanı nələr gözlədiyi və virusun qarşısını almaq üçün səhiyyənin necə səfərbər olunması ilə maraqlanıb.
Medicina.az xəbər verir ki, baş həkim prezidentə 2 mümkün ssenari barədə proqnoz verib.
“Rusiyada epidemiyanın yayılması 2 ssenari üzrə baş verə bilər: Asiya variantı, hansı ki, alovlanma tez nəzarətə alınır və sönür, digəri İtalyan variantı – onu saxlamaq çox çətin olur.
Mən bir həkim, reanimatoloq kimi, hesab edirəm ki, biz italyan senarisinə hazır olmalıyıq. Görünür ki, Moskva böyük epidemiya yoluna qədəm qoyub, indi biz xəstəxanaların transformasiyası, mobilizə olunması və daha çox xəstə qəbuluna hazır olması ilə sürətli məşğul olmalıyıq. Amma ümid edirəm və istisna etmirəm ki, Rusiyada Asiya senarisi də inkişaf edə bilər, bu halda xəstəliyin yayılması aprel-may ayına kimi çəkəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət