Dərc edildi: Baxış sayı: 544
Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən yeddi ay ərzində 8688 ədəd kənd təsərrüfatı texnikası…
Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 2018-ci il avqustun 13-dək texnikanın qeydiyyata alınması üçün 8688, sürücülük vəsiqəsinin verilməsi üçün 1356, sürücülük vəsiqəsinin dəyişməsi üçün 2051 müraciət daxil olub və bu müraciətlər yerinə yetirilib.
Bunu AZƏRTAC-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi Ağakişi Alıyev deyib.
Xidmət rəisi bildirib ki, bu dövrdə 600-dən artıq inzibati xəta törətmiş fiziki və hüquqi şəxslər barəsində protokol tərtib edilib, 20 mindən çox texnika dövlət texniki baxışdan keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət