Slimfit
  1. MEDİA

Baş Dövlət Texniki Nəzarət Xidməti nəqliyyat vasitələri mülkiyyətçiləri və istifadəçilərini bir daha xəbərdar edir

Baş Dövlət Texniki Nəzarət Xidməti nəqliyyat vasitələri mülkiyyətçiləri və istifadəçilərini bir daha xəbərdar edir
Sakura

Baş Dövlət Texniki Nəzarət Xidməti nəqliyyat vasitələri mülkiyyətçiləri və istifadəçilərini bir daha…

 

Maddə 340. Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi və texnikanın sazlığı haqqında sənədin verilməsi qaydalarının pozulması

340.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən kənd təsərrüfatı texnikasının sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş texnika icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

340.2. Bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texnikanın qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar texnikanın sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, texnikanın qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, yaxud texniki baxışının keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə -yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Şəxs bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş texnikanı dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏR, SİZLƏRƏ MƏXSUS MEXANİKİ NƏQLİYYAT VASİTƏLƏRİNİ MÜƏYYƏN OLMUŞ MÜDDƏTƏ DÖVLƏT QEYDİYYATINA, DÖVLƏT TEXNİKİ BAXIŞA TƏQDİM EDİN!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR