Slimfit
  1. İQTİSADİYYAT

Baş bankirdən manat açıqlaması: Dollar bahalaşacaq?

Baş bankirdən manat açıqlaması: Dollar bahalaşacaq?
Sakura

Baş bankirdən manat açıqlaması: Dollar bahalaşacaq?

Xəbər verdiyimiz kimi, son günlərdə Gürcüstanda ABŞ dolları və avronun milli valyuta olan lariyə münasibətdə bahalaşma tendensiyası davam edir. Bəzi iqtisadçı ekspertlər Azərbaycanda xarici valyutanın (dollar, avro) bahalaşacağını istisna etmirlər. 
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, Azərbaycanda dolların bahalaşması üçün  heç bir əsas yoxdur: “Gürcüstanda hansısa prosses gedirsə, bunun heç birinin ölkəmizə iqtisadi təsiri yoxdur. Bu olmadığı halda da dollar niyə bahalaşmalıdır ki? Hesab edirəm ki, ölkəmizdə dolların bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur”. 
E.Rüstəmov ölkədə əmək haqları və pensiyaların artımından sonra inflyasiyanın olmayacağını da dilə gətirib: “Bu məsələnin də nə inflyasiyaya, nədəki xarici valyutaya heç bir təsirini görmürəm və bu olmayacaqda”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR