Slimfit
  1. İDMAN

“Barselona”nın veteranı öz azarkeşlərini pislədi və verilişdə ağladı

“Barselona”nın veteranı öz azarkeşlərini pislədi və verilişdə ağladı
Sakura

“Barselona”nın veteranı öz azarkeşlərini pislədi və verilişdə ağladı

 

Stadionu bağlamaq, bağlı qapılar önündə oynamaq lazımdır. Hətta daha ciddi tədbirlər görülməlidir.

Oxu.Az xəbər verir ki, bunu Bolqarıstan millisinin və “Barselona”nın sabiq futbolçusu Xristo Stoiçkov ABŞ-dakı ispandilli telekanalda qonaq olarkən deyib.

1994-cü il dünya çempionatının ulduz futbolçularından olmuş 53 yaşlı veteran gözlənilmədən ölkəsinə qarşı sərt tədbirlərin görülməsinin tərəfdarı olduğunu bildirib. O, İngiltərə ilə oyunda azarkeşlərin rəqib komandanın qaradərili oyunçularına qarşı irqçi hərəkətlər etməsinə görə bolqar tərəfdarları pisləyib:

“Bir dəfə İngiltərədə belə olmuşdu. Uzun müddətə Bolqarıstan klublarını beynəlxalq yarışlardan kənarlaşdırmaq lazımdır. Beş illiyə. Bu, onları sakitləşdirəcək! İstisnasız, bütün bolqar klubları üçün bu cəza tətbiq olunmalıdır”.

Yeri gəlmişkən, o bu sözləri deyərkən ağlamağa başlayıb.

Qeyd edək ki, Bolqarıstan – İngiltərə (0:6) oyununda meydan sahiblərinin azarkeşləri Rahim Sterlinq və Tayron Minqzin əleyhinə irqçi hərəkətlər edib, meymun səsləri çıxarıb, nasist əl hərəkətləri göstərib.

Sonuncuya qarşı edilənlərdən sonra İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt dördüncü hakimə yaxınlaşaraq şikayət edib. Buna görə də ilk hissədə matç buna görə qısa müddətə dayanıb.

Bu məsələdən sonra dövlətin təzyiqi ilə Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov oktyabrın 15-də istefa verməyə məcbur olub.

Səbuhi Musayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR