Dərc edildi: Baxış sayı: 622
'Barselona'nın prezidenti Neymarın transferi ilə bağlı danışıqlarda iştirak edəcək
İspaniyanın "Barselona" klubu Fransa PSJ-sində çıxış edən Neymar üçün son təklifini etməyi planlaşdırır.
"Report" "Sport.es"ə istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun keçidi üçün danışıqları bu dəfə klubun prezidenti Xosep Mariya Bartomeu aparacaq.
Onun Neymarın transfer şərtlərini müzakirə etmək üçün Parisə gedəcəyi gözlənilir. Kataloniyalılar bu məsələnin müsbət yöndə həll olunacağına ümid edirlər.
Qeyd edək ki, braziliyalı oyunçu iki il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Fransa çempionu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət