Dərc edildi: Baxış sayı: 359
"Barselona"nın liderlərindən Neymarın qayıdışına "yaşıl işıq"
"Barselona"nın prezidenti Jozep Bartomeu komandanın oyunçuları ilə Neymarın Kataloniya klubuna mümkün qayıdışını müzakirə edib.
Qol.az-ın "El Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, xüsusilə, lider oyunçuların bu məsələ ilə bağlı fikrini eşitmək istəyən klub rəhbəri onlardan müsbət cavab alıb. Futbolçular Neymarı Kataloniya təmsilçisində yenidən görməyə hazır olduqlarını bildirilib.
Qeyd edək ki, PSJ-nin Neymarın 2020-ci ilin yayında 200 milyon avroya başqa kluba transfer olunmasına razılıq verdiyi iddia olunur. 26 yaşlı hücumçunun bir il əvvəl 220 milyon avroya ayrıldığı " Barselona"ya qayıtmaq istədiyi bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət