Slimfit
  1. İDMAN

"Barselona"da dəyişiklik edə bilmədim, istefa verdim" - Abidal

"Barselona"da dəyişiklik edə bilmədim, istefa verdim" - Abidal
Sakura

"Barselona"da dəyişiklik edə bilmədim, istefa verdim" - Abidal

"Barselona"nın keçmiş idman direktoru Erik Abidal Kataloniya klubundan ayrılmasını izah edib.

Ens.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İnstaqram səhifəsində yazan fransalı mütəxəssis Kataloniya klubundan qovulmadığını, öz istəyi ilə getdiyini bildirib:

"Hörmətli "Barsa" fanatları, vidalaşmaq üçün bu sətirləri yazmaq istədim. Həyatımın iki mühüm mərhələsini sizinlə bölüşə bildiyim üçün dərin minnətdarlığımı bildirirəm. Biri oyunçu, digəri idarəedici kimi. İkinci dövr iki ili əhatə edir. Bu müddətdə "Barsa"nı daha yaxşı vəziyyətə gətirməyə çalışdım.

Direktorlar şurası bazar ertəsi günü vəzifəmdə qalmağımı təsdiqləsə də, ötən çərşənbə axşamı istefa verdim.

Son iki ildə dəyişikliklər etməyə çalışdım. Fikrimcə, bu, komandanın gələcəyi üçün çox vacib idi. Əminliyimə və əzmimə baxmayaraq, bunu edə bilmədim. Bu səbəbdən düşündüm ki, klubla münasibətlərimə son verməyin vaxtı gəlib. Ona görə də "Barselona" ilə daha bir il müqaviləm olmasına rəğmən, klubdan getdim.

Bu gün "Barselona"da vəziyyət çətindir, amma şübhə etmirəm ki, bu böyük kluba layiq olan uğurları qaytarmaq mümkündür. Bunu ürəkdən arzulayıram.

Hamınız çox sağ olun. Yaşasın "Barsa", yaşasın Kataloniya".

Xatırladaq ki, 2007-2013-cü illərdə futbolçu kimi "Barselona"nın şərəfini qoruyan fransalı mütəxəssis 2018-c ildə klubun idman direktoru təyin edilmişdi. O, komandanın Çempionlar Liqasının  1/4 finalında "Bavariya"ya 2:8 hesabı ilə uduzmasından sonra istefa verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR